StatusPro 2018-də iki nəfərlik studiya kimi başladı. Bu gün komandamız böyüyüb, amma bir qayda dəyişməyib: hər müştəri layihəyə başdan sona rəhbərlik edən insanlarla birbaşa danışır.
Bizdə hesab menecerləri yoxdur. Dizayner dizaynı özü təqdim edir, developer texniki sualları özü cavablandırır. Bu, səhvləri azaldır və işi sürətləndirir.
Həftədə bir dəfə bütün komanda ilə bir-birimizin işinə baxırıq. Bəzən tərif, bəzən sərt tənqid olur — amma həmişə çay və şirniyyatla.
