Loqo brendin imzasıdır, amma insanlar brendi imzaya görə yox, hər gün gördükləri şeylərə görə tanıyırlar: rəng, şrift, fotoların üslubu, Instagram postlarının ritmi, hətta qəbzin dizaynı.
Yalnız loqo sifariş edən şirkətlər bir neçə ay sonra eyni problemlə qayıdır: hər yeni banner, menyu və post fərqli görünür, çünki heç kim qaydaları yazmayıb.
Ona görə də hər identika layihəsini kiçik brendbukla bitiririk. Bu, yüz səhifəlik sənəd deyil — komandanızın bizsiz də düzgün dizayn etməsinə kifayət edən bir neçə aydın qayda.
